Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalıların məskunlaşdıqları qəsəbələrdə sağlamlıq naminə fiziki aktivliyə dair tədbirlər görülməkdədir

0

  • Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev  23 dekabr 2015-ci il tarixdə  “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün  Strategiya”nın təsdiq edilməsi  haqqında 1645 nömrəli  Sərəncam imzalamışdır. Həmin  Strategiyanın  9.2.1 bəndində sağlamlıq naminə əhali üçün fiziki aktivliyə dair maarifləndirici materillar hazırlanaraq təşviq edilməsi nəzərdə tutulmuşdur.Bununla bağlı olaraq Xocalı Rayon İcra Hakimiyyətinin, Xocalı rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllü gənclər tərəfindən sağlamlıq naminə fiziki aktivliyə dair hazırlanmış maarifləndirici materiallar  əhaliyə təqdim olunmuş və maarifləndirici söhbətlər aparılmışdır. Qeyd edək ki, gənclərin asudə vaxtının səmərəli təşkili və zərərli vərdişlərdən kənar durmaq məqsədilə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 4 saylı tam orta məktəbin həyətində futbol meydançası salınmış, Goranboy rayonu ərazisində salınmış Yeni yaşayış massivində "Xocalı Cudo Klubu"nun, Goranboy şəhərində "Fitnes Klub"nun, Pirşağıdakı "Xocalı İdman Klubu"nun fəaliyyətinə dəstək göstərilmişdir. Qəsəbələrdə gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə parklar salınmışdır. Gələcəkdə bu yönümdə işlərin aparılması üçün müzakirələr aparılmışdır. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib54 dəfə
    Xocalıların məskunlaşdıqları qəsəbələrdə sağlamlıq naminə fiziki aktivliyə dair tədbirlər görülməkdədir

    Maraqlı gələ bilər
    375